Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2015

Kimyaterapiya tarixə qovuşa bilər...

Elm adamları xərçəng xəstəliyinin müalicəsində kimyaterapiyaya alternativ ola biləcək bir prosedurun ərsəyə gətirilməsinə imza atıb.
Məlum olduğu kimi, kemoterapiya xərçəng hüceyrələrini öldürmək məqsədilə vücuda verilən bir növ zəhərdir…
Vücudun immunitet sistemini pozmaqla yanaşı tüklərin köklərini də aşındıraraq saçların tökülməsinə, vücudda yaraların əmələ gəlməsinə, mədə bulantılarına və bir çox bu kimi yan təsirlərin ortaya çıxmasına səbəb olur.
Bəzi xərçəng növlərinin müalicəsi üçün (məsələn, döş xərçəngi) məqsədyönümlü dərmanlar hazırlanıb ki, bu dərmanların yan təsirləri nisbətən azdır, ancaq sıfır dərəcəsində deyil.
Habertürk saytının məlumatına görə, ingilis elm adamları immunoterapiya adlandırılan bir müalicə metodu üzərində çalışır və aparılan tədqiqatlarda çox böyük nailliyyətlər əldə edilib.
İmmunoterapiyada “baş rolun oyunçusu” isə insanlıq tarixinin ən köhnə viruslarından sayılan Herpes, yəni uçuqların yaranmasına səbəb olan virusdur.
Elm adamları Herpes virusundan bir “Troyan atı” kimi istifadə etməyə nail olaraq müsbət nəticələr əldə etməyə başlayıblar. Dəri xərçənginin müalicəsi üçün nəzərdə tutulan müalicə üsulunda əhlilləşdirilmiş Herpes virusu xərçəng hüceyrələrinin olduğu bölgəyə göndərilir. Vücud bu bölgədə bir virus olduğunun fərqinə varır və immunitet sistemini işə salır.
Qısacası, “düşmən” qılığında vücuda girən Herpes vücudun müdafiə ordusunu hərəkətə gətirərək həmin bölgədəki digər “düşmənlərin” də təmizlənməsini təmin edir.
Hələlik klinik sınaq mərhələsində olan müalicə metodunun tibb dünyasında bir dönüş nöqtəsi olduğu hesab edilir və kimyaterapiyaya alternativ ola biləcəyi proqnozlaşdırılır./Saglamolun/
734 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28