Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

On minlərlə insan gecəni Kiyevin küçələrində keçirib

Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalmaqdadır. “Bu gün” apa-ya istinadən xəbər verir ki, səhər saatlarından Taras Şevçenko adına parkdan yürüşə başlayan avrointeqrasiya tərəfdarları “Maydan”a yürüş ediblər.
Onlar polis barrikadasını yararaq “Maydan”a daxil olublar.
Az sonra Maydanda müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk, Oleq Tyaqnibok və Yuri Lutsenko aksiyada nitq söyləyiblər. “Svaboda” partiyasının lideri Oleq Tyaqnibok çıxışı zamanı tətillərə başladıqlarını bildirib: “Bu dəqiqədən başlayaraq biz burda, Müstəqillik Meydanında qalacağıq”. O, aksiya iştirakçılarını Maydanda çadırlar qurmağa da səsləyib.
Keçmiş daxili işlər naziri, “Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri Yuri Lutsenko isə çıxışında kütləvi aksiyaların yenə inqilaba doğru getdiyini bildirib.
BBC-nin məlumatına görə, Avrointeqrasiya tərəfdarları Kiyev meriyası və Həmkarlar İttifaqının mərkəzi ofisini ələ keçiriblər. Prezident Administrasiyasına tərəf hərəkət edən kütlə ilə polisin xüsusi təyinatlı qüvvələri arasında toqquşma olub. Xeyli sayda adam xəsarət alıb.
Gecə Kiyevdə sakit keçib. Amma 10 minlərlə insanın gecəni küçədə keçirdiyi bildirilir.
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi