Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

Milli Şuranın üzvünü evinin önündə döydülər - FOTOLAR

Cəmil Hacıyevi işgəncəyə məruz qoyanlar, indi də onu şikayətini geri götürməyəcəyi təqdirdə öldürəcəkləri ilə hədələyirlər 

Milli Şuranın üzvü Cəmil Hacıyev evinin yaxınlığında döyülüb. Bu barədə hadisədən zərər çəkmiş müxalifətçi məlumat verib. 

Cəmil Hacıyev bildirib ki, vəhşicə döyülməsinin sifarişli olduğunu düşünür. Və arqument kimi bu yaxınlarda başına gəlmiş olayı göstərib. «Bir müddət əvvəl qonşuluğumuzda yaşayan və özünü Paşayevlərin sürücüsü kimi təqdim edən şəxsin övladları maşınımı əzmişdilər. Bu barədə uşaqların valideynlərinə şikayət etsəm də, cavabı bu oldu ki, maşınımı təmir etdirmək niyyətində deyil. Üstəlik, hara və kim istəyirəmsə şikayət edə biləcəyimi də vurğuladı». 

Milli Şuranın üzvü daha sonra nəql edib ki, məsələ ilə bağlı şikayət etməsinə baxmayaraq, heç bir xeyri olmayıb. «Əksinə, maşınımı əzən şəxs polisdə şikayətimin araşdırılmamasına nail olub. 7-ci Polis Bölməsində işi araşdıran təhqiqatçı Hüseyn Hüseynov və baş təhqiqatçı Maşsud adlı polis nəfəri nəinki araşdırma aparıblar, heç mənə cavab vermək niyyətləri də yoxdur».

Dünən axşam saatlarında başına gələnləri də o, elə şikayətçi düşdüyü qonşular tərəfindən törədildiyini deyib. Cəmil Hacıyev bildirib ki, sürücünün qoçusu onun qarşısını kəsərək, şikayətini geri götürməyi tələb edib. «Daha sonra isə məni döyməyə başladı. Hadisə ilə bağlı 102 Xidmətinə məlumat verilsə də, polis hadisə yerinə gəlməyib. Dəfələrlə edilən zənglərdən sonra nəhayət, polis məni axtarmağa başlayıb və axırda da Təcili Yardım Məntəqəsində tapdılar».

7-ci Polis Bölməsində polisin gözü qarşısında təqir edilərək, söyülən Cəmil Hacıyevi həm də ölümlə hədələyiblər. Hazırda onun səhhətində ciddi pozuntular var və ona qarşı təhdidlər davam edir./jam.az/



606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber