Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

"Mavi Marmara"ya edilən hücumun ildönümü qeyd olundu

Türkiyənin İstanbul şəhərində 5 il əvvəl Araqlıq Dənizində "Mavi Marmara" gəmisinə edilən hücumun ildönümü yürüşlə qeyd olunub.

"Mavi Marmara" gəmisi Qəzza zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı.

Minlərlə aksiya iştirakçısı İsrailə qarşı şüarlar səsləndirib, hökumətdən sionist rejimdən qısas almasını tələb ediblər.

“Biz bura təkcə "Mavi Marmara"da şəhid düşən qardaşlarımız üçün toplaşmamışıq. Biz İsrailin mühasirəsi altında olan fələstinli qardaş-bacılarımızın azadlığa çıxmasını istəyirik. Qüdsün, Əl-Aqsa məscidinin azadlığı üçün çalışırıq.” - deyə aksiyaçılardan biri bildirib.

İsrail hökuməti hadisə ilə əlaqədar reyd zamanı gözlənilməz müqavimət ilə qarşılaşdıları üçün silahdan istifadə etmək məcburiyyətində qaldıqlarını əsas gətirdi. Rəsmi Tel Əviv hadisədən 3 il sonra Türkiyə hökumətindən üzr istəmiş və hücumda həyatını itirən insanlara təzminat verməyi qəbul etmişdi.

Bununla belə, İstanbul məhkəməsi qiyabi olaraq İsrail ordusunun 4 sabiq hərbi komandirinin həbsinə qərar verib.
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber