Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

ABŞ asayiş qoruyucuları barədə biabırçı hesabat

ABŞ-da polisin əlində ölən insanların sayı rəsmi statiskanın göstərdiyi rəqəmi ikiqat üstələyir.

Bu barədə xəbəri "Washington Post" qəzeti dərc edib.

Qəzetin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində polis tərəfindən 385 vətəndaş dünyasını dəyişib. Bundan əlavə polis tərəfindən öldürülənlərin arasında qaradərili Afrika mənşəli amerikalı vətəndaşların sayının qeyri-mütənasib dərəcədə yüksək olduğu diqqəti çəkib.

Hesabatda rəsmi statistik rəqəmlərin hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib olunduğu qeyd edilir. Həmin rəsmi statistikaya əsasən, 2008-ci ildən ABŞ-da hər il polis əməkdaşlarının əlilə orta hesabla 400 vətəndaş öldürülüb.

Qeyd edək ki, son zamanlar ABŞ-da ağdərili polis əməkdaşları tərəfindən bir neçə qaradərili vətəndaşın güllələnməsi küçə toqquşmaları, kütləvi etirazlar və siyasi qalmaqallara səbəb olub.
604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı