Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Prezidentin oxşarı hamını çaşdırdı (Foto)

Honq Konqlu Hovard ömrüboyu gündəmdə qalmağın mümkün olduğunu düşünür.

Honq Konqun küçələrindən Kim Çen Inı görsəniz, heç də təəcüblənməyin. Hovardla tanış olun. Hazırda o dostlarının təklifi ilə Şimali Koreya liderini təqlid edir. Özünün dediyinə görə, dostları ona Kim Çen Inın az qala eynisi olduğunu deyib və zarafatyana onun kimi geyinib-keçinib küçəyə çıxmasını təklif edib. Hovard dostlarının məsləhətinə qulaq asıb və hər şey gözlənildiyindən uğurlu alınıb.

Əsl peşəsi musiqiçi olan Hovard bu yaxınlarda Koreya prezidenti kimi partilərə və şənliklərə 650 dollara gedir. Hovardın dediyinə görə Honq Konqda küçələrdə onu görən insanlar bir anlıq çaşqınlığa düşür, onun həqiqətən də Koreyal lideri olub-olmamasına tərəddüd edir.

Hələlik bu iş müvəqqəti xarakter daşısa da, o gələcəyə inamla baxır. Özünün dediyinə görə, Obamanı təqlid edən şəxslərin gündəmdə qalmaq üçün ümumilikdə 8 illəri var. Kim Çen Ina gəldikdə isə, Hovard ömrüboyu gündəmdə qalmağın mümkün olduğunu düşünür, azından Koreya lideri sui-qəsd qurbanı olmazsa.

 

1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...