Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

"Başda İlham Əliyev olmaqla, bütün məmurlar hesab verməli olacaqlar"

Yanvarın 8-də həbs olunan AXCP Gənclər Komitəsinin üzvü, “facebook”da hakimiyyəti sərt tənqid edən Elvin Abdullazadənin məhkəmə prosesi bu gün başa çatdı. CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, daşıma) maddəsilə təqsirli hesab olunan Elvin Abdullazadə, Bakı Ağır Cinayətər Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum edildi. Məhkəməyə hakim Fikrət Qəribov sədrlik edirdi. Hökümdən əvvəl isə Elvin Abdullazadə son sözlə çıxış etdi:

“Bu, mənim son sözüm deyil. Son söz  Tanrının dərgahında deyilir. Mən çox xöşbəxtəm. Mən qalibəm. Bu, mənim diktatura üzərində qələbəmdir. Bəli, mən xoşbəxtəm. Bu rejim qarşısında sınmadığım, vicdanla mübarizə apardığım üçün xoşbəxtəm. Bir gün bu zalada məni mühakimə edənlər  özləri mühakimə olunacaq. Başda İlham Əliyev olmaqla, ədalətsizlik edən bütün məmurlar hesab verməli olacaqlar. Üstündə üç  ton narkotik tutulan hakimiyyət, bu gün məni bir neçə qram narkotiklə şərləyir, mühakimə edir.  Mənim həbsimdə məqsəd, mübariz insanları, əqidədaşlarımı qorxutmaq, susdurmaq idi.  Amma bacarmadılar, onların gözlətilərinin əksi baş verdi. Heç bundan sonra da bacarmayacaqlar.  Mən seçdiyim yola, apardığım mübarizəyə görə peşman deyiləm. Çünki cinayətkar deyiləm. Cinayətkarlar vəzifə başında oturan bu rejimin məmurlarıdır. Ona görə də, bunlar məni mühakimə edə bilməz. Tutduğum yoldan qürur duyuram.  Yaşasın Azərbaycan, yaşasın Xalq Cəbhəsi".
 
 
 
 
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı