Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

"İlham Әliyev ailəmə psixoloji terror edir"

Hazırda mühacirətdə olan keçmiş deputat Hüseyn Abdullayev valideynlərinə təzyiq olunması ilə bağlı növbəti açıqlama yayıb. O, facebook səhifəsində yazıb:

Əziz həmvətənlərim!
Xəbəriniz olsun ki, bizim ''şanlı'' diktatorumuz İlham bəy növbəti dəfə mənim ailəmə qarşı psixoloji terror tədbiq etməklə, əsl simasını ortaya qoymuşdur.
Yeddi aydan artıqdır atamla anamın xaricə qetməsinə qoyulmuş qadaganın komik səbəbi nəhayət ki, bizə aydın olmuşdur.

DİN-in valideyinlərimə göndərdiyi rəsmi məktubda tətbiq olunmuş qadaganın səbəbini MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MUBARİZƏ İDARƏSİNDƏ axtarmaq tövsiyyə olunur.

Dostlar, görəsən mənim bu yaşlı anamın hansı terror təşkilatı ilə bağlantısı ola bilər?! Yaxud o hansı agır cinayətləri törədib ki, onun xaricə getməsinə qoyulan məhduddiyətlə "Bandotdel"məşqul olur?

Əcaba, uzun illərdir ölkəmizdə hökm sürən dərəbəyliyin, açılmayan cinayətlərin, dövlət büdcəsinin milyardlarını talayan mütəşəkkil dəstənin başında mənim ata-anammı dayanır?!

Mən bu məsuliyyət hissini itirmiş harınlardan soruşmaq istəyirəm. Azərbaycan xalqını bilə-bilə səfalətə süründürən, bu millətin gül kimi gənclərini çarəsiz duruma salaraq, özlərini yandırmaga məcbur edən mənim ata-anamdırmı?!

Özü öz gözündən düşmüş və hər kəsə qara yaxmaga çalışan, lakin dəvə quşu kimi başını quma soxub hec nədən xəbəri olmayan rejim təmsilçiləri gah mənim ailəmdə vergi qaçaqcısı, gah da terrorist axtarmaqla tam bir paranoya xəstəliyinə tutulmuşdur.

Mən bu yazımı yekunlaşdıraraq ölkəmizdəki, bəzi o ''siyasi texnoloqlara'' məsləhət görərdim ki, əqər onlar dogma Azerbaycanımızda həqiqətən də cinayətkar və terrorist axtarırlarsa, onda tez-tez aynaya baxsınlar.

Çox təəsüf edirəm ki, insan cildinə girmiş bu şeytan sürüsü unudub ki, hakimiyyətin qeyri-qanuni zəbti, ölkənin hüquq və məhkəmə sisteminin özəlləştirilməsi, dövlətimizin gələcəyini təhlükə altına salmagın
özü Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayət və misli qörünməmiş bir vandalizmdir.
DİN-in anama göndərdiyi rəsmi məktubu təqdim edirəm.

738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11