Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

“Ukrayna Rusiyaya kəllə atmamalı idi”

Zərdüşt Əlizadə: “Onlar bizim səhvimizi təkrarladılar”

Dünyada hərbi-siyasi və iqtisadi təbəddülatların bir-birini sürətlə əvəz etməsi dünən üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir çox məsələləri bu gün üçün ikinci dərəcəli etməkdədir. Bu baxımdan ilk vaxtlar bütün dünyada diqqət mərkəzində olan və beynəlxalq gündəmi zəbt edən Ukrayna-Rusiya gərginliyini nümunə göstərmək olar.
Rusiyanın Ukrayna torpaqlarını işğal etməsi, Krımın ilhaqı və Donetskdəki qarşıdurmalar fonunda anti-Rysiya mövqeyindən çıxış edən beynəlxalq birlik, bu gün bütün olub-keçənləri sanki unutmuş, daha doğrusu qəbullanmış kimidir.
Maraqlıdır, doğrudanmı dünya Ukrayna torpaqlarının Rusiya tərəfindən işğalı və ilhaqı faktı ilə barışıb? Gerçəkdənmi Ukraynanın Rusiya işğalı qarşısında edə biləcəyi heç nə qalmayıb və artıq bütün ümidlər sadəcə Kremlin mərhəmətinə bağlıdır?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Ukrayna hakimiyyətini səriştəsizlikdə, Azərbaycan və digər dövlətlərin səhvini kobudcasına təkrarlamaqda ittiham etdi:
“Ukraynanın gələcəyi yaxşı heç nə vəd etmir. Bu gün baş verən proseslər Ukraynanı heç də xoş olmayan gələcəyə sürükləyir. Onlar hər şeyi qanun çərçivəsində, təkamüllə etməli idilər. Çevriliş etməməliydilər, ifrat etnik millətçiliyə yol verməməli idilər. Mənasız və səmərəsiz yerə Rusiyaya kəllə atmamalı idilər. Ukrayna millətçiləri bu məsələlərdə çox ciddi səhvlərə yol verdilər. Nəticədə, Azərbaycanın Qarabağın timsalında aldğı zərbəni Krım və Donetskin itirilməsi ilə aldılar”.
Z.Əlizadənin bildirdiyinə görə, artıq Ukrayna hökumətinin səriştəsizliyi hər kəsə məlumdur: “Onlar bizim etdiyimiz səhvlərdən nəticə çıxartmadılar. Halbuki, bizim, eləcə də gürcülərin, ermənilərin, moldovanların səhvlərindən nəticə çıxartmalı idilər. Bütün bunlar onu göstərir ki, Ukraynada hakimiyyət başında olan şəxslər siyasi baxımdan korazehin və ağılsızdırlar. Ukrayna hakim zümrəsi tamamilə öz səviyyəsizliyini, bacarıqsızlığını sübuta yetirdi”.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat