Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

Moskvada azərbaycanlı güllələndi

Moskva vilayətində 48 yaşlı azərbaycanlı öldürülüb.

Qurban Batırxanov adlı Gürcüstan vətəndaşı şənbə günü Krasnoqorskda güllələnib. Qətl "Makdonalds" yaxınlığındakı dayanacaqlardan birində baş verib.

Cinayət hadisəsi ilə bağlı müəmmalı vəziyyət yaranıb. Ehtimal edilir ki, qətl sifariş nəticəsində həyata keçirilib.

Azərbaycanlı şəxs Krasnoqorsk bulvarındakı restoranlardan birindən çıxaraq avtomobilinə tərəf irəliləyib. Maşın təxminən 30 metr məsafədə olub. Bu zaman gözlənilmədən kişinin yanında taksi dayanıb. Cinayətkar arxa qapını açıb, tapançanı çıxarıb və azərbaycanlı şəxsə 7 dəfə atəş açıb. İlkin məlumatlara görə, cinayət zamanı “Makarov” tapançasından istifadə edilib.

Qeyd edək ki, həlak olmuş 48 yaşlı Qurban Mirzə Oğlu Batırxanov restoran yaxınlığında yaşayıb. O rəsmi olaraq heç yerdə işləməyib. Azərbaycanlı şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Q. Batırxanovun məhz bu fəaliyyətinə görə rəqibləri tərəfindən qətlə yetirildiyi güman olunur.

Hazırda iki maddə (qətl və qanunsuz silah daşımaq) maddələri ilə cinayət işi açılıb./ans/
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09