Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

Ərdoğanın dostunu güllələdilər

Türkiyənin Bursa şəhərində toyda baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.
Bu haqda məlumatı “milliyet” qəzeti yayıb.

Məlumata görə, yaralılar hadisə yerində olan vətəndaşlar tərəfindən Şövkət Yılmaz Təhsil və Muradiyə Dövlət Xəstəxanalarına aparılıb.

Yaralılardan 32 yaşlı Özçimen, şəxsiyyəti müəyyən olunmayan bir nəfər və bir qadın, xəstəxanadakı müdaxiləyə baxmayaraq dünyalarını dəyişib.

Hadisə yerinə çoxsaylı polis dəstəsi və çevik qüvvə polisləri sövq edilib.

Hadisədən sonra polis briqadaları bölgədə apardıqları tədqiqatda Doğanevlər məhəlləsindəki dərə boyunda, kolluqlar arasında gizlənmiş iki təcavüzkarı silahlarıyla birlikdə nəzarətə alıb. Bir nəfərin axtarışı isə davam etdirilir.

Hücumun səbəbi ilə bağlı istintaq başlayıb.

Son anda alınan məlumata görə, polis insidentlə bağlı 5 nəfəri həbs edib.
Bursada 3 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən silahlı davanın mübahisədən qaynaqlandığı təsdiq olunub.

Toyda oynamaq istəyən Cənubi Mərmərə Roman Dərnəkləri Federasiyasının Sədri Efkan Özçimenlə Ənvər Çedik arasında mübahisə çıxıb. Davaya çevrilən mübahisəyə tərəflərin yaxınları da qarışıb. Atəş nəticəsində Özçimen və Çedikin də aralarında olduğu 9 nəfər yaralanıb. Efkan Özçimen və 34 yaşlı dostu Savaş Göçükla Çedikin 53 yaşlı anası Saniye Çedik müdaxilələrə baxmayaraq ölüb.

Müalicələri davam edən 6 nəfərdən ikisinin isə sağlamlıq durumu çox kritikdir./aznyus/
568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat