Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

Alman siyasətçi FİFA-nı dağıtmağa çağırdı

Zepp Blatterin beşinci dəfə FİFA prezidenti seçilməsindən sonra alman siyasilər tamamilə yeni beynəlxalq futbol təşkilatı yaratmağa çağırış ediblər.

Avroparlamentin sədr müavini Aleksandr Qraf Lambsdorf deyib Avropa futbol federasiyalarının Blatterin təkrar seçilməsindən nəticə çıxarmalıdır.

Lambsdorf deyib ki, vacib deyil Dünya Çempionatı FİFA Kuboku adı altında keçiriləcək, yoxsa Beynəlxalq Futbol Assosiasiyası adı altında. Əsas odur ki, səviyyəli futbol komandalarının oyunlarını qalmaqalsız idarəetməyə malik təşkilat keçirsin.

Siyasətçinin fikrinə görə, əgər Avropanın 5 aparıcı futbol dövləti – Almaniya, İngiltərə, İspaniya, Fransa, İtaliya BFA-nın özəyi olmağa razılıq versə, onlara ABŞ, Yaponiya, Avstraliya da qoşulacaq. Argentina və Braziliyanın qoşulması isə Blatterin FİFA-sı üçün iqtisadi son deməkdir.

FİFA özünü düzəltməzsə, yeni beynəlxalq futbol federasiyasının yaradılması tam mümkündür.
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10