Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

Məhkəmə Eldəniz Quliyevin şikayətinə baxdı, pensiya arayışı istədi

İyunun 1-də Nəsimi rayon Məhkəməsində Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin şikayətinə baxılıb.

2014-cü il oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb. Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Eldəniz Quliyev Cinayət Məcəlləsinin 47.4.4 maddəsini əsas götürərək məhkəməyə müraciət edib.

Eldəniz Quliyev Modern.az saytına bildirib ki, işə hakim Şamama Həsənovanın sədrliyi ilə baxılır: “Bugünkü iclasda Sosial Müdafiə Fondundan pensiya yaşına çıxmaqla bağla arayış və həkimdən sağlamlıq haqqında rəyin alınması tələb olundu. Məhkəmə bunu əsas gətirərək proses iyunun 8-nə qədər təxirə saldı. Gözləyək görək, nəticə necə olur”.
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08