Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

Məhəmmədidə əczaçı baltalandı

Abşeron rayonunda əczaçıya iş yerində balta ilə xəsarət yetirilib.

Hadisə gecə saatlarında Məhəmmədi qəsəbəsində baş verib.

Əczaçı Davud Vəliyev iyunun 2-sinə keçən gecə işdə imiş. Aptekə əvvəllər də oradan bir neçə dəfə dərman almış bir nəfər girib. O, Davuda dərmanların siyahısını verib. Əczaçının başı siyahıdakı dərmanları axtarmağa qarışanda "müştəri" sellofan torbada özü ilə gətirdiyi baltanı çıxarıb və Davudun başına zərbə endirib. Yerə yıxılan Davud özünü itirməyib və müqavimət göstərməyə başlayıb. Hücum edən şəxs sonra da bir neçə dəfə balta ilə zərbə endirsə də, əczaçı özünü müdafiə etməsi sayəsində sağ qalıb.

Hücum edən şəxs isə kassadan 300 manata yaxın pulu götürərək hadisə yerindən uzaqlaşıb. Qonşuluqdan yaşayanlar səsə gəliblər və yerdə qan içərisində uzanmış Davud Vəliyevi xəstəxanaya çatdırıblar. Xeyli qan itirən zərərçəkən həkimlərin səyi nəticəsində xilas edilib.

İlkin məlumata görə, hücum edən şəxs də əvvəllər Məhəmmədi qəsəbəsində yaşayıb, sonra başqa yerə köçüb. Onun adının Rüfət olduğu və son vaxtlaradək özəl klinikalardan birində həkim işlədiyi bildirilir. Rüfətdə bir müddət əvvəl narkotik aludəçiliyi yaranıb. Onun hadisəni də soyğunçuluq məqsədilə törətdiyi və əvvəllər yaşadığı Məhəmmədiyə məhz bunun üçün gəldiyi ehtimal edilir./lentaz/
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP