Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

İki məmurun işdən çıxarılması gözlənilir

Tağı Əhmədov və Arif Əsgərov vəzifələrilə vidalaşa bilər

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və “Azərbaycan Dəmir Yollar”ının rəhbəri Arif Əsgərov işdən çıxarıla bilər. Əldə etdiyimiz məlumatlara görə, artıq hakimiyyət daxilində bununla bağlı müzakirələr başlayıb. Məlumatda bildirilir ki, Tağı Əhmədovla Arif Əsgərovun işdən azad edilməsi son vaxtlar onların adlarının mənfi planda hallandırılması ilə izah edilə bilər.
Yada salaq ki, bir müddət əvvəl Arif Əsgərovun oğlu ilə bağlı ilginc məlumatlar yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Baş Mütəşşəkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi “Azərbaycan Dəmir Yolları”nın marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs edib. O, 48 milyonluq yeyintidə ittiham olunur. Bu məsələdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı hallanır.
Tağı Əhmədova gəlincə, o, metroda qəzet satışına qadağa ilə gündəmə gəlib.
Lakin hər iki şəxsin qurban verilməsinin səbəbi tamamilə başqadır. Məlumatlarda deyilir ki, məsələnin kökündə hakim ailənin iri layihəsi dayanır. Ailə dəmiryolu və metropolitenə Fransa şirkətlərini cəlb etmək niyyətindədir. Bütövlükdə dəmiryolu və metropolitenlə bağlı işlər məhz bu şirkətlərin ixtiyarına verilməsi düşünülür. Hansısa səbəbdən hər iki qurumun indiki rəhbərliyi ilə bu layihənin həyata keçirilməsi məqsədəuyğun sayılmır./azadlıq/
1648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...