Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

Hicablı qadın məhkəməni uddu

ABŞ-ın Ali Məhkəməsi baş örtüyü geydiyinə görə işə götürülməyən amerikalı qadının xeyrinə qərar çıxarıb.

9 hakimdən ibarət məhkəmə heyətində 8:1 nisbətində verilən hökmdə hakimlər Elauf və Amerikanın Bərabər İş İmkanları Komissiyasının tərəfini tutub.

Dini etiqadına görə başını örtən 17 yaşlı müsəlman Samantha Elauf, 2008-ci ildə Amerikanın mərkəzi ştatı Oklahomada yerləşən “Abercrombie & Fitch” dizayner mağazasının iş müsahibəsində rədd cavabı aldıqdan az sonra məhkəməyə müraciət etmişdi. Elaufa ilə görüşən mağaza müdirinin assistenti onun iş kvalifikasiyasının çatdığını desə də, mağazanın müdiri onu hicabın geyim kodlarına uyğun gəlmədiyinə görə işə qəbul edilməyəcəyini söyləmişdi. Elauf həmin qaydaların öz dininə uyğunlaşdırılmasını tələb etməmişdi. Lakin Ali Məhkəmənin qərarına əsasən bizneslər insanların ehtiyaclarını nəzərdən keçirməyə borcludurlar. Belə ki, ABŞ qanunları dini ayrı-seçiliyi qadağan edir.

Qeyd edək ki, bundan əvvəl Appelyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin Elaufa 20,000 dollar kompensasiya ödənilməsi haqda qərarını rədd etmişdi.

Sosial mediada dolaşan məlumata görə hazırda Elauf “Urban Outfitters” adlı başqa dizayner şəbəkəsindəki bir mağazanın müdiridir./ans/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber