Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

​Sorosun Poroşenko ilə elektron yazışmaları ələ keçdi

Amerikalı milyarder, məşhur birja maxinatoru və “rəngli inqilablar”ın sponsoru Corc Sorosun Ukrayna prezidenti ilə elektron yazışmaları hakerlər tərəfindən ələ keçirilib.

Rusiya kəşfiyyatına bağlı olduğu ehtimal edilən “KiberBerkut” haker qrupu Corc Sorosla Poroşenkonun elektron yazışmalarını öz saytında yaymağa başlayıb.
Məktublardan seçmələrə əsasən Soros ABŞ-ın Ukraynaya letal silahlar verməsini və Ukrayna hərbçilərinə xaricdə, məslən, Rumıniyada təlim keçilməsini təklif edir.
Milyarder həmçinin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı, amerikalı general Uesli Klarkın, habelə polşalı general Valdemer Skşipaçın dəvət edilməsinə çağırır.
Növbəti məktubunda Soros Poroşenkoya təklif edir ki, Ukraynada korrupsiyaya qarşı mübarizə görüntüsü yaratsın, ölkədə maliyyə stabilliyinin mövcud olduğuna inandırsın.
Əslində isə Soros Ukraynanın maliyyə vəziyyətinin acınacaqlı olduğunu bildirir. Hakerlər yazışmaların yeni detallarını yayacaqlarını bildirir./virtualaz/
451 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20