Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

“Özümə qəsd etsəm, bu şəxsləri cəzasız qoymayın”

Mingəçevir sakini Nahidə Quliyeva “Azadlıq”a müraciət edib. İlham Əliyevə üz tutan Nahidə xanım 9 ildir ki, azyaşlı bir qızıyla çətinlik içində yaşadığını söyləyir:
“1994-cü ildə Mingəçevir şəhər Icra Hakimiyyəti öz razılığımızla bizi ev növbəsindən çıxararaq ev tikdirmək üçün şəhərin Günəşli massivində sərəncam əsasında 6 sot torpaq sahəsi verdi. 2007-ci ildə Yevlax rayon Aşağıbucaq kənd bələdiyyə sədri Vəliyətdin Əhmədov məhəllənin dəmir hasarını sökərək əkdiyim ağacları çıxardı və yermizin yarısını satdı. Həmin pula aldığı materiallar və əraziyə tökdürdüyüm materiallarla özünə ev tikdirdi və kirayə verdi. Məhkəmələr onun puluna görə dövlətin mənə verdiyi sərəncamı qanunsuz hesab edərək 9 ildir məni süründürürlər. Sərəncam qanunsuzdursa, o səhvin əziyyətini 9 ildir mən və azyaşlı qızım çəkir. Məhkəmələr həmin ərazinin Mingəçevir şəhərinə aid olduğunu təsdiq edən sənədlər alsa da mənim sərəncamıma qanunsuz deyirlər. Bələdiyyə sədrinin Mingəçevirə aid əraziyə Yevlax sahəsi kimi aldığı sənəd qanuni hesab edilir. Məhkəmələrin bu ədalətsizliyinə dözə bilmirəm. Qızım 4 ildir əməliyyat olunmalıdır, amma maddi durumum buna imkan vermir. Acınacaqlı vəziyyətdə yaşayırıq. Sizdən xahiş edirəm, özümə qəsd etsəm, aşağıda adı çəkilən şəxsləri cəzasız qoymayın. Yevlax rayon bələdiyyə sədri Vəlyətdin Əhmədov, 2007-ci ildə Mingəçevir şəhər məhkəməsində işləyən Isfəndiyar Şəfiyev, Şəki iqtisad məhkəməsində işləyən Səadət Zeynalova, Şəki apellyasiya məhkəməsində işləyən Inşallah Quliyev və hakimlər Rafiq Əliyev, Rövşən Rəfiyev, Gündüz Abbasov, Vidadi Qasımov, Kamil Rəhimov cəzasız qalmasın. Yol verməyin ki, yetim uşaqları acınacaqlı vəziyyətə salsınlar. Mənə vurulan ziyanın övladım üçün qaytarılmasına kömək edin”.
435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat