Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

İslam partyası ofisindən niyə çıxarıldı?

Natiq Kərimov: «Hökumətin Islam Partiyasına olan münasibəti budur»

Xəbər verildiyi kimi, Azərbaycan Islam Partiyası (AIP) bir ay öncə köçdüyü Nizami rayonundakı ofisindən çıxarılıb. Qərərgahın yerləşdiyi mənzilin sahibi təcili mənzili boşaltmağı tələb edib, əks təqdirdə qərargaha məxsus olan əşyaları bayıra atacağı ilə hədələyib.
Qeyd edək ki, ev sahibi bir ay öncə AİP-lə 1 illik kirayə müqaviləsi imzalayıb. Qanuna uyğun olaraq vaxtlı-vaxtında vergi ödənilib. Amma AİP rəsmiləri qərərgaha gələndə gördüklərinə inanmayıblar. Ev sahibi artıq bir illik müqaviləni pozmadan mənzili başqasına kirayə verib. Yeni kirayənişin də mənzilin hazırkı sahibinə xəbərdarlıq etmədən öz əşyalarını qərargahda yerləşdirib.
AİP sədrinin təşkilatı məsələlər üzrə müavini Vüqar Ibayevin açıqlamasına görə, baş verənlərin səbəbi mayın 30-da keçirilən aksiya olub: “Mayın 30-da AİP Səudiyyə Ərəbistanının ölkəmizdə yerləşən səfirliyinin önündə aksiya keçirdi. Aksiyaçılar Səudiyyə Ərəbistanında haqqında edam hökmü çıxarılan Ayətullah Şeyx Nimrin hüquqlarının tapdanmasına etiraz etdi, eyni zamanda Yəmənin bombalanmasını pislədi. Səhər qərargaha gələndə isə baş verənlərə mat qaldıq”.
Xatırladaq ki, mayın 30-da AİP Bakıda yerləşən Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. AİP sədr əvəzi Elçin Manafov və AİP Saray Komitəsinin sədri Namiq Məmmədli saxlanılaraq polis bölməsinə aparılsa da, daha sonra azad ediliblər.
Partiya sözçüsü Natiq Kərimovun “Azadlıq”a verdiyi açıqlamaya görə indiyədək icarəyə götürdükləri ofisləri təmir və qaydaya salsalar da az sonra oradan çıxarılıblar. Partiyanın yerləşdiyi ofislərdən naməlum səbəblərdən çıxmağa məcbur olunduğunu deyən Natiq bəy, bu addımı hökumətin Islam Partiyasına olan münasibəti kimi xarakterizə edir:
“Partiyanın qeydiyyatı ləğv edilib və biz uzun illərdir ki, qeydiyyatsız fəaliyyət göstəririk. Qeydiyyatdan keçmək bizimçün çətin deyil və qanunauyğun şəkildə sənədlərimizin olmasına baxmayaraq, onu qəbul etmirlər”.
N.Kərimov söyləyir ki, hökumət həbs olunan islamçıların Avropa Oyunları öncəsi azadlığa buraxılması kimi humanist addımı da atmayıb. Həmsöhbətimiz beynəlxalq təşkilatların siyasi və vicdan məhbusu kimi tanıdığı ilahiyyatçıların azad olunacağını gözləmədiyini də bildirir:
“Onların cəzasını daha da sərtləşdirməklə həmin şəxslərin ”islah olunmadığı" görüntüsü yaratmaq istəyirlər. Açığı, onların əfv ediləcəyini gözləmirdik. Hakimiyyət şərləyərək həbs etdiyi şəxsləri azad etməlidir. Bu sırada aparıcı hüquq müdafiəçiləri də gedir. Göründüyü kimi, heç bir müsbət addım atılmadı və buna yalnız təəssüf etmək olar".
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...