Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

Eldar Əzizovun dəlixanaya saldırdığı adam danışdı

Anar Süleymanov Sumqayıtda yaşıllığın məhvinə etiraz etdiyi üçün hədəfə gəldiyini bildirir

Sumqayıt Dram Teatrının işçisi Anar Süleymanov üzləşdiyi hazıqsızlıqla bağlı moderator.az saytına müraciət ünvanlayıb. Anar Süleymanov yazıb ki, o, Sumqayıtda yaşıllıqların məhv edilməsinə etiraz etdiyinə görə şəhərin icra başçısı Eldar Əzizovun hədəfinə gəlib. Icra başçısı onu dəlixanaya saldırıb:
“May ayın 18-də saat təxminən 14:30-da evimizə iki nəfər polis işçisi gələrək məni 1-ci polis bölməsinə apardılar. Dedilər ki, guya məni rəis görmək istəyir. Mənim ”nə məsələdir, niyə məni rəis görmək istəyir" sualıma heç bir cavab vermədilər. 1-ci bölmənin həyətinə daxil olanda, məndən şəxsiyyət vəsiqəmi aldılar və 5-6 polis heç bir izahat vermədən dedilər ki, Ruhi-Əsəb Dispanserinə getməliyəm. Beləliklə, məni Maştağa qəsəbəsində yerləşən Ruhu-Əsəb Dispanserinə aparacaqlarını dedilər. Lakin sonradan bəlli oldu ki, məni Psixi-Ekspertiza adlanan qapalı, cinayətkarların saxlanıldığı türməyə gətiriblər. Ora çatanda mənə dedilər ki, səni Sumqayıt prokurorluğunun təqdimatı və prokurorun böyük köməkçisi Sərxan Bəxtiyarovun iştrakı ilə aparılan məhkəmə qərarı ilə gətirmişik".
Anar Süleymanov deyir ki, mayın 18-də ekspertizada ondan hansı cinayəti törətdiyini soruşublar. Lakin o, heç bir cinayət törətmədiyini, sadəcə yaşıllıqların məhv edilməsinə etiraz etdiyi üçün hədəfə gəldiyini bildirib. Iki gündən sonra Anar Süleymanov evə buraxılıb.
“Bütün bunlar Sumqayıt Şəhər Icra Hakimiyyətinin sifarişi ilə mənə qarşı olan təzyiqlərin tərkib hissəsidir. Xatırladıram ki, mən Sumqayıt Şəhər Icra Hakimiyyətini şəhərdə ağacların kütləvi kəsilməsinə görə məhkəməyə vermişəm və Kütləvi Informasiya Vasitələri ilə bu qanunsuz faktlarla bağlı müraciət yaymışam.ÿSumqayıt Şəhər Icra Hakimiyyəti əmin idi ki, məni Maştağaya göndərməklə birdəfəlik susmağa məcbur edəcəklər. Bu mənə qarşı edilən təzyiqlərin yekün nəticəsi idi, amma yəqin ki, onların təzyiqi bundan sonra da davam edəcək”,- deyə Anar Süleymanov bildirib./azadlıq/
1064 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı