Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

Maaşla ev tikən tənha qadın evsiz qalıb

Şüvəlanda olan haqsızlıq onu təngə gətirib

Bakının DRES qəsəbəsi, Dənizkənarı küçəsi ev 172 sakini Gülarə Nağıyeva “Azadlıq”a müraciət edib. Müraciətdə bildirilir:
“2013-cü ildən bütün güc strukturlarına müraciət etsəm də haqqımı tapa bilməmişəm. 2011-ci ildə Şüvəlan bələdiyyəsindən 400 kvm torpaq sahəsi almışam. Həmin sahədə balaca bir ev tikmişəm. Keçən il bir nəfər həmin torpağın ona məxsus olduğunu dedi. 1999-cu ilin sərəncamı Xəzər RIH tərəfindən verilib. Lakin torpaq sahəsi 2008-ci ilədək Bakı şəhər Bağlar Idarəsinə məxsus olub. Torpaq sahələrini 2008-ci ildən Xəzər RIH-in balansına verdilər və Şüvəlan bələdiyyəsi də onu əhaliyə paylayıb. Lakin bir qrup işbaz və qolu güclü şəxs saxta sənəd düzəldib məni evdən çıxarmaq istəyir.
Məhkəməyə müraciət edərkən Xəzər rayon məhkəməsinin hakimi Samir Mayolov çıxarış göndərmək qərarı versə də buna razı olmadım. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində Anar Mustafayev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər şöbəsinin baş məsləhətçisi Cəmil Rəhimov evimə baxmadan qərar verdi. Icra başçısı Gülağa Islamov sənədlərə baxarkən mənim haqlı olduğumu gördü. Əksər güc orqanlarının rəhbərlərinə müraciət etsəm də müraciətimə baxan olmayıb. Mənim heç kəsim yoxdur, maaşla bir ev tikmişəm ki, onu da əlimdən alıblar. Xahiş edirəm, problemimin həll edilməsinə kömək edin".
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21