Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

Bakıya giriş çətinləşdi, böyük tıxac yarandı

Bu gün səhər saatlarından başlayaraq Bakının şimal girişində böyük tıxac yaranıb. Bu barədə sakinlər məlumat veriblər. Verilən məlumata görə, Bakı-Sumqayıt və Ələt yolunda avtomobil sıxlığı müşahidə olunur.

Ən böyük tıxac isə Bakı-Sumqayıt ərazisindədir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Verilən məlumata görə, adi günlərə nisbətən dünən və bu gün paytaxta avtomobillərin girişi daha çox müşahidə olunur. Tıxaca əsas yaradan amil isə maşınların tək-tək yoxlanılmasıdır.

“Bilirsiz ki, dünəndən rayon qeydiyyatlı avtomobilər Bakıya buraxılmır. Maşınlar yoxlanılır deyə, ərazidə maşınlar yavaş hərəkət edir. Rayon qeydiyyatlı avtomobillər isə paytaxta buraxılmır. Hələlik rayon nömrəli maşınlar üçün müəyyən edilən dayanacaqda boş yerlər çoxdur”, - deyə yol polisindən bildirilib.

Qeyd edək ki, dünəndən etibarən rayon dövlət nömrəli avtomobillərin Bakı şəhərinə girişi qadağan edilib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni qərara görə, rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb.

Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb. Dayanacaq pulsuzdur.

Rayondan gələn vətəndaş maşınını həmin dayanacaqda saxlayacaq və Bakıya gələcək. Həmin prosesə yol polisi nəzarət edəcək.

Yol polisindən isə bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılacaq. Həmin dayanacaq yaxınlığında xüsusi nəqliyyat olacaq ki, paytaxta gələn vətəndaşlar əziyyət çəkməsinlər. Dayanacaqda sərfəli qiymətə yük daşımaq üçün maşınlar və taksilər camaata xidmət göstərəcək.

Nəzərə alsaq ki, yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz yük maşınları ilə gətiriləcək, bu zaman nəqliyyat problemi yarana bilər. Bu problemin qarşısını almaq üçün yol polisi xüsusi nəzarət həyata keçirəcək. Paytaxta meyvə-tərəvəz, qida məhsulları gətirən avtomobillər yalnız gecə saatlarında hərəkət edə bilərlər.

Gecə saatlarında, saat 22-dən səhər saat 5-ə qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda hərəkət edə biləcəklər. Həmin saatlarda gətirilən məhsullar bazarlara, dükanlar və apteklərə daşınacaq./ans/
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı