Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

İrandan Azərbaycana xəbərdarlıq bəyanatı!

İranda müxtəlif dini qruplar Şah İsmayıl Səfəvinin adı və şəkli ilə Azərbaycan Respublikasında spirtli içkilərin istehsalına etiraz əlaməti olaraq bəyanat veriblər.

İslaminsesi.org-un İran mediasına istinadla verdiyi xəbərə görə, Şəmkirdə dünya tarixini dəyişən böyük dövlət başçısı, tarixi şəxsiyyət Şah İsmayl Xətainin adıan konyak buraxılıb.

Bunu Şah İsmayıl Səfəvinin şəxsiyyətinə təhqir hesab edənlər artıq günlərdir ki, müftəlif formalarda etiraz edirlər.

İrandakı dini qruplar belə bir bəyanat veriblər:

“Şübhəsiz hazırkı islam sivilizasiyasının çiçəklənməsi Səfəvi sərkərdələri, xüsusilə də I Şah İsmayılın əvəzsiz və yadda qalan uzaqgörənliyinə borcludur. Belə ki, Ələvi hökumətinin təşkili və Hüseynin (ə) zülmə qarşı qiyamından ilham alaraq Əhli-Beyt (ə) bayrağının dalğalanmasında qəhrəmanlıqlar yaratmış bu şəxsiyyətlə Azərbaycan xalqı, eyni zamanda dünyanın haqsevər insanları həmişə fəxr etmiş və edəcəkdir.

Bu bəyanatın davamında Azərbaycan hökumətinin müsəlman xalqın tarixi əsasları, din və mədəniyyətinə etinasızlığı ilə belə hörmətsizlik hərəkətlərlə nəticələnən səhlənkarlığını tənqid edirik”.

Azərbaycan Respublikası rəsmilərindən istənilib ki, beynəlxalq ictimaiyyətin tamahkarlıqları qarşısında öz dini, mədəni və tarixi varlıqlarını məhv etməsinlər. Bəyanatın davamında vurğulanır ki, Azərbaycan Respublikasının Konstitusiyası da belə hörmətsizliyə dözmür və belə aşkar hörmətsizlik Azərbaycan Respublikasının Konstitusiyasında dinlər və məzhəblərə hörmət prinsipləri ilə uzlaşmır.

Qeyd etmək lazımdır ki, Vəliyyi Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi və eyni adlı şəhərin imam cüməsi Seyid Həsən Amili ötən həftə Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmış Şah İsmayıl Səfəviyə hörmətsizliyi kəskin şəkildə pisləyib.

Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində Şah İsmayıl Səfəviyə hörmətsizliyi sərt tənqid edərək deyib:

“Spirtli içkilərin şüşələrini Şah İsmayılın şəkli ilə bəzəmək İrana, xüsusilə də Ərdəbilə hörmətsizlikdir.

Birincisi Şah İsmayıl dini hökumətin banisidir. 2-cisi onun düşüncəsi Qurana və Əhli-Beyt təfəkkürünə əsaslanır və bu millətçi olmaqla uzlaşmır. Üçüncüsü Şah İsmayılın əsas təşəbbüsü vahid Azərbaycan yaratmaq olub”.
504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11