Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Noyabr ayında İraqda terror aktlarında 950 insan həlak olub

Həyatını itirənlərdən 852 nəfəri mülki vətəndaşlar olub

Terror aktları İraqda təkcə bazar günü 28 nəfərin həyatına son qoyub.

SalamNews-un “FransPress”ə istinadla verdiyi xəbərə görə, İraqda son bir ildə baş verən terror dalğası daha çox son ayda ciddi xəsarətlərlə yadda qalıb ki, statistikalara görə, noyabrda terror aktlarında təqribən 950 insan həyatını itirib. İraqın daxili işlər və səhiyyə nazirliklərindən verilən məlumata görə, həyatını itirənlərdən 852 nəfəri mülki vətəndaşlar olub. Son ayda yaralananların sayı isə, 1349 nəfər olub.

Bildirək ki, İraqda bu ilin aprel ayında əl-Huveycə şəhərində sünnilər tərəfindən təşkil edilən aksiyaların hökümət tərəfindən dağıdılmasından və orada 50 insanın həlak olmasından sonra, terror aktlarının sayı kəskin olaraq artmağa başlayıb. Hazırda İraq edam icrası baxımından dünyanın öndə gedən ölkəsi olmağına baxmayaraq, ölkədə terror aktları gündəlik hal alıb.
1541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat