Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

İraqın keçmiş prezidenti 3 ildən sonra ictimaiyyət arasında görünüb

İraqın keçmiş prezidenti Cəlal Talabani son üç ildə ilk dəfə ictimaiyyət arasında görünüb.
O, lideri olduğu İraq Kürdüstan Yurdsevərlər Partiyasının toplantısına qatılıb.
Keçmiş prezident həmin partiyanın baş katibidir. 2012-ci ildə Cəlal Talabani beyininə qan sızmasından Almaniyada müalicə olunurdu. Ötən il Almaniyadan İraqın Süleymaniyyə şəhərinə qayıdıb. Bu müddət ərzində ondan heç bir xəbər olmayıb.
Məlumatda bildirlib ki, uzun müddət görünmədiyi üçün bir çoxları onun həyatda olmadığını zənn edirdi. Ötən gün Cəlal Talabani partiyasının yaranmasının 40-cı ildönümünə həsr olunan tədbirdə iştirak edib.
Keçmiş prezidentin şəxsi həkimi Nəcməddin Kərim deyib: "Cəlal Talabaninin səhhəti yaxşıdır. Ancaq vəziyyət dəyişə bilər".
439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı