Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

İran: “Pul ilə təhlükəsizlik yaratmaq dövrü keçib”

“Qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək İranın xarici siyasətinin əsas prioritetidir”.

Bu açıqlama ilə İran İslam Respublikası Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib. O bildirib ki, Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələri müştərək problemlərin həlli üçün aydın dialoqa başlamalıdır:

“İranın Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələrinə, başqa sözlə, Fars Körfəzi Əməkdaşlıq Şurasına əsaslı diqqəti vardır. Çünki onlar bir strateji bölgədə yaşayırlar və bütün region ölkələri müştərək problemlərin həlli üçün bir-birləri ilə əməkdaşlıq etməlidirlər. Səudiyyə Ərəbistanı hökumətinin Yəmənə hücumu qəbuledilməzdir. Hava hücumları və pul verməklə təhlükəsizliyin bərqərar edilməsi dövrü artıq keçib”./axar/
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06
Özünü yan