Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Salamun aleykum . Sualım yenə qəza namazları barədədir . Boynunda çoxlu qəza namazı olan şəxs /20 ilə yaxın/ üçün konkret bir göstəriş varmı ki məsələn hər gün ən azı bir günün qəza namazını qılsın ? yoxsa o şəxs bu namazları necə qılmaqda azaddır ? məsələn həftədə bir ya iki dəfə bir günün qəza namazını qılar? yaxud bir gün sübh namazının qəzasını səhəri gün zöhr namazının qəzasını və bu tərtiblə beş günə bir günün qəza namazların qılar? əvvəlcədən təşəkkür edirəm .
Ad: Vüqar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
1. Qəza namazlarını qılmağınız vacibdir. Bacardığınız qədər tez qılmağa çalışın. Bir gündə, yaxud həftədə ya ayda və s. nə qədər qəza namazı qılmağınız öz ixtiyarınızdadır. Lakin bunu bir vacib olaraq öz öhdənizdə bilməlisiniz.
2. Bir günün zöhr və əsr namazları ilə, bir gecənin şam və xiftən namazları kimi, tərtiblə yerinə yetirilməsi vacib olan namazlardan başqa, gündəlik namazların qəzasını tərtibə əsasən yerinə yetirmək vacib deyildir. 
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP