Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Mixail Saakaşvili 27 rayon rəhbərindən 24-nü istefaya göndərir

Ukraynanın Odessa vilayətinin yeni qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bölgə hakimiyyətini tamamilə yeniləməyi planlaşdırır və 27 rayon rəhbərindən 24-nü istefaya göndərmək niyyətindədir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Saakaşvili “Rustavi-2” telekanalının efirində bildirib.

“Vilayət cəmi 27 rayondan ibarətdir. Üç rayonun rəhbəri yeni təyin edilib, qalan 24 rəhbəri dərhal işdən azad edirik, daha doğrusu müsabiqənin yekunlarına əsasən yeni komanda formalaşdırırıq. Mən tək Odessa üzrə yox, ümumilikdə bütün Ukrayna üzrə müsabiqə elan edəcəm. Bu qurumlarda, həmçinin, milis orqanlarında islahatlar çox vacibdir, çünki kriminal burada hər şeyi ələ keçirib”, deyə Saakaşvili qeyd edib.

Eks-prezident qeyd edib ki, hər kimsə zəng edib ondan hər-hansı məmurun vəzifədə qalmasını xahiş edəndə, o ilk növbədə həmin məmuru istefaya göndərir.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftə Saakaşviliyə Ukrayna vətəndaşlığı verərək onu Odessa vilayətinin qubernatoru təyin edib./apa/
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı