Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Səddam Hüseyn dövrünə aid toplu məzarlıq aşkar edilib

İraqın Səmavə şəhərinə bağlı Busay bölgəsində 56 nəfərə aid toplu məzarlıq aşkar edilib.

İraq Kürd bölgəsi rəhbərliyinin nümayəndəsi Ərəm Əhməd bildirib ki, 10 gün əvvəl aldıqları bir şikayət əsasında qazıntı işləri aparıblar. Qazıntılar nəticəsində məlum olub ki, aşkarlanan 56 adamın cəsədi Nuqresalam həbsxanasında həbsdə olan məhkumlara aid olub.

Ərəm Əhməd açıqlamasında “Baas rejimi dövründə zərər çəkmiş olan bütün İraqlılar üçün təzminat verilməsi nəzərdə tutulub. Ancaq yaşanan siyasi böhran səbəbiylə bu qanun 2 ildir təsdiq edilmir”, - deyib.

Ərəm Əhməd daha sonra bunları deyib:

“Nuqresalam həbsxanası 1960-cı ildən bu yana var. 1988-ci ildəki Ənfal hərəkatı zamanı bir çox kürdləri buraya gətirirdilər. Bu həbsxana işgəncələr səbəbiylə xalqın arasında "ölüm yolu" olaraq bilinir. Nuqresalam həbsxanasında məhkum həyatı yaşanların aclıqla və işgəncəylə qətlə yetirildiyinə dair məlumatlar əld etmişik. Hətta bəziləri diri-diri basdırılıb".
1567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...