Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Mursini xilas etmək üçün yollar axtarılır

Hərbi xuntanın həyata keçirdiyi dövlət çevrilişi nəticəsində 2013-cü ildə vəzifəsindən uzaqlaşdırılan Misirin ilk seçilmiş prezidenti Muhamməd Mursi ölkəsinin vətəndaşlığından imtina edə bilər.

Bu iddiaları Misirdə nəşr olunan “Əl Aləm əl yövm” qəzeti yazıb.

Qəzet sabiq prezidentin Misir pasportundan imtina edərək başqa bir ölkənin vətəndaşlığına keçəcəyini iddia edib.

Misir qanunvericiliyinə görə, edama məhkum olunmuş birinin ölkə vətəndaşlığından imtina etməsi məhkəmə qərarı ilə onun barəsindəki hökmü ləğv edir.

“Müsəlman qardaşlar” hərəkatının Mursini edamdan xilas etmək üçün variantlar axtardığı bildirilsə də məsələyə sabiq prezidentim münasibəti əks olunmayıb.

Xatırladaq ki, daha əvvəl “Müsəlman qardaşlar” təşkilatının üzvü imam Salah Sultanın oğlu Muhamməd Sultan ABŞ vətəndaşı olduğu üçün onun barəsində verilən edam hökmü ləğv olunmuş və Amerikaya deportasiya olunmuşdu./ans/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28