Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Suriya və İraqda İŞİD-in tərəfində döyüşən 110 fransalı terrorçu öldürülüb

Suriya və İraqda hökumət qoşunları tərəfindən aparılan əməliyyatlar nəticəsində Fransadan olan ən azı 110 radikal terrorçu öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manüel Vals parlamentdə çıxışı zamanı bildirib.
Vals qeyd edib ki, hakimiyyətin göstərdiyi səylərə baxmayaraq terror qruplaşmaları, eləcə də, İŞİD fəaliyyətinə cəlb olunan Fransa vətəndaşlarının sayı sürətlə artır.
Onun sözlərinə görə, əgər ilin əvvəlində söhbət 1000 nəfərdən gedirdisə, bu gün həmin rəqəm artıq 1730-a çatıb.
"Bu göstərici cəmi bir il ərzində iki dəfə artıb", - deyə Vals bildirib.
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber