Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Azərbaycan hakimiyyəti rəzil vəziyyətdə

Indi bunlarla şəkil çəkdirmək də kompramat sayılır

Azərbaycan hakimiyyətinin ölkə daxilində və dünyada nüfuzdan düşməsi, bu hakimiyyətin etimad limitinin tükənməsi heç kimə sirr deyil. əvziyyət o həddə çatıb ki, dünənə qədər bu hakimiyyəti təmsil edən şəxslər və təşkilatlar, artıq geriyə addım atmağa başlayıb. Daha dəqiq desək, Əliyev hakimiyyətini müdafiə etmək üçün heç bir arqument qalmayıb. Çünki, hakimiyyət açıq qanunsuzluqlarla, anti-insani siyasətlə, müdafiəçilərini də tərksilah edib. Tez-tez beynəlxalq mətbuatda Azərbaycan hakimiyyətinin sərt tənqid olunduğunu, ölkə başçısının “diktator”, “mətbuat yırtıcısı” kimi təqdim edildiyini görürük. Üstəlik, Ilham Əliyevlə görüşən, ünsiyyət yaradan diplomatların öz ölkələrində qınaq obyektinə çevrildiyini də müşahidə edirik.
Bugünlərdə isə belə bir hadisə ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinski ilə baş verdi. Belə ki, Ilham Əliyevlə şəkil çəkdirən ATƏT rəsmisinin mandatı dondurulub. Yəni, Ilham Əliyevlə isti münasibətlərinə görə bu adamı cəzalandırıblar.
Bu barədə ilk məlumatı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində verib. Onun sözlərinə görə, Şaxtaxtinskinin cəzalandırılmasının əsas səbəbi ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah olunur: “ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı” - deyə Novruz Məmmədov bildirib. Novruz Məmmədov öz aləmində məsələyə ironik yanaşaraq, manevr etmək istəyib. Amma etiraf da edib ki, Ilham Əliyevlə şəkil çəkdirmək təhlükəli məsələyə çevrilib.
Bu xəbər ölkədə xeyli səs-küy yaratdı və mətbuatda da geniş yayıldı. Bundan sonra Xarici Işlər Nazirliyi məsələyə “aydınlıq” gətirməyə məcbur oldu və baş verənləri Şahtaxtinskinin təyinat müddətinin başa çatması ilə izah etdi.
XIN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə Fransa Hökuməti vətəndaşlığını daşıyan Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib.
Amma XIN-in açıqlaması əsas səbəbin mötəbərliyinə təsir edə bilmir. Əvvəla, Novruz Məmmədov belə bir məsələdə əminlik olmadan şərh verməz. Ikincisi isə Ilham Əliyevlə bağlı belə hadisələr təcrübədə çox olub.
Əslində baş verənlər Azərbaycan hakimiyyəti üçün növbəti mesajdır. Vəziyyəti o həddə çatdırıblar ki, bütün dünyada ən pis nümunəyə çevriliblər. Indi hansısa qəzet, hansısa hüquq müdafiəçisi deyil, beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə “epidemiya” kimi baxırlar.
Bugünə qədər xərclənən milyonlar, bahalı ənamlar, xeyriyyə layihələri, heç nəyi dəyişə bilmir. Indi demokratik dünya açıq şəkildə, Azərbaycan hakimiyyətinə üz çevirir. Bu da uğurlu xarici siyasətin, uğursuz nəticəsi. Indi bütün dünya hakimiyyəti öz rəngində görür. Daha rəngli boyalar, əsl simanı dəyişə bilmir.
Bütün bəşəri dəyərlərdən imtina etməyin, 21-ci əsrdə feodal təfəkkürü ilə yaşamağın, qiyməti məhz belə olur. /azadlıq/
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber