Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Vladimir Putin bu gün Ermənistana gedir

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistana gedir
Bir sıra birgə sənədlərin imzalanacağı bildirilir

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.

İnterAz-ın erməni mənbələrinə istinadən verdiyi xəbərəgörə, o, III Rusiya-Ermənistan regionlararası forumunun işində iştirak edəcək və Rusiyanın 102-ci hərbi bazasına baş çəkəcək.

Məlumatda deyilir ki, İrəvanda yüksək səviyyədə Rusiya-Ermənistan danışıqları keçiriləcək. Danışıqların gündəliyinə ikitərəfli, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın əsas məsələləri daxildir.

Həmçinin, Serj Sarkisyanın sentyabrın 3-də Moskvaya səfərinin yekunları üzrə əldə olunmuş razılaşmaların icrasının gedişi, eləcə də Ermənistanın Gömrük İttifaqına və Belarus, Qazaxıstan və Rusiyanın daxil olduğu Vahid İqtisadi Məkana qoşulması üzrə gələcək addımlarla bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Kremlin mətbuat xidməti səfərin yekunları üzrə bir sıra birgə sənədlərin imzalanacağını bildirir.
1486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41