Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Maradona FİFA-nın prezident ola bilər

Venesuela prezidenti Nikolas Maduro əfsanəvi Argentina futbolçusu Dieqo Maradonanın FİFA prezidenti postuna seçməyi təklif edib.

Venesuela rəhbəri ənənəvi həftəlik telemüraciətində deyib ki, Maradona Beynəlxalq Futbol Assosiasiyasının rəhbərliyini, şəxsən FİFA-nın prezidenti Yozef Blatteri daim tənqid edib. Ancaq, heç kim əfsanəvi futbolçunun sözlərinə ciddi yanaşmayıb.

N.Madura çıxışında ABŞ-ı qanunlardan kənara çıxan Assosiasiya nümayəndələrinə dəstək verdiyinə görə ABŞ hakimiyyətini də tənqid atəşinə tutub. Latın Amerikası ölkəsinin başçısı fərziyyə irəli sürüb ki, Vaşinqtonun apardığı araşdırma Rusiyada və Qətərdə dünya çempionatlarının boykotuna yönəldilmiş planın tərkib hissəsidir.

Xatırladaq ki, iyunun 2-də FİFA prezidenti Yozef Blatter istefa verdiyini açıqlayıb. Onun bu bəyanatı yenidən Assosiasiyaya prezidentinə seçilmədən dörd gün sonra baş verib.
674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber