Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Ağdaşda 24 yaşlı oğlan güllələndi

Azərbaycanın Ağdaş rayonunda qətl hadisəsi törədilib. Hadisə ötən axşam Ağdaş şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Rayon sakini Bağırov Rəvan Qəhrəman oğlu həmyerlisi, Heydər Əliyev prospekti ev № 1-də yaşayan 1991-ci il təvəllüdlü İsmayılov Kamal İlqar oğluna ov tüfəngi ilə atəş açıb. Kürək nahiyəsindən xəsarət alan Kamal İsmayılov Ağdaş Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hadisəni törədən Rəvan Qəhrəmanov saxlanılıb./apa/
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13