Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

ABŞ agentindən inanılmaz iddia

ABŞ kəşfiyyatının dinləmə qalmaqalını dünyaya yayan və harada yaşadığı bilinməyən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq işçisi Eduard Snouden Vaşinqtonun qeyri-qanuni izləmə proqramını bərpa etmək istədiyini iddia edib.

Axar.az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatının Londonda təşkil etdiyi video konfransda Tvitter vasitəsilə sualları cavablandıran Snouden Ağ Evin bu məqsədlə terror təhdidini bəhanə etdiyini irəli sürüb:

“Problem odur ki, ABŞ rəhbərliyinin kütləvi izləmə proqramını qeyri-qanuni qəbul etməsinə baxmayaraq, terror təhdidini bəhanə gətirərək yenidən aktivləşdirməsidir”.

Müsahibə zamanı Snouden ABŞ Milli Təhlükəsizlik Agentliyinin İngiltərənin Baş naziri Devid Kameronun e-poçtunu asanlıqla oxuya biləcəyini iddia edib:

“Kameron və başqa bir neçə nəfər bazada var. Yəni Milli Təhlükəsizlik Agentliyi şefi istəsə bunu edə bilər”.

Snouden Rusiyadan başqa digər ölkələrə göndərdiyi sığınacaq tələbinə də münasibət bildirib. O, Qərbi Avropa da daxil olmaqla 21 ölkəyə sığınacaq tələbi göndərdiyini, hələ də cavab gözlədiyini bildirib./axar/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...