Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

İstidən limonadla xilas olun!

Yayda içkilər bizim xilasedicilərimizə çevrilirlər. Bizi istidən xilas edib sərinlədən halal içkilərdən biri də limonaddır.

Limonad reseptini təqdim edirik:
Lazım olan ərzaqlar:
1 ədəd portağal
3 ədəd limon
4-5 xörək qaşığı şəkər tozu
700 ml. su
350 ml. qazlı su

Hazırlanması:
Limonların və portağalın qabığını soyub bir qaba doğrayın. Üzərinə şəkəri əlavə edin. Daha sonra üzərinə qaynanmış suyu əlavə edib soyumasını gözləyin. 5-6 saat soyuducuda saxlayın.
Soyuduqdan ələkdən keçirib suyunu çıxarın.
Meyvələrin suyunun üzərinə qazlı suyu əlavə edib qarışdırın.
Limonadınız hazırdır.
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09