Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Saakaşvili Odessada həbslərə başladı – Rüşvət

Odessa vilayətinin hərbi komissarı rüşvət aldığına görə həbs edilib.

Bu barədə Ukrayna hərbi prokuroru Anatoli Matios açıqlama verib. Matios bildirib ki, Odessanın hərbi komissarı növbəti dəfə rüşvət alarkən yaxalanıb. O, rüşvətin məbləği barədə heç bir söz deməyib.

Ukrayna hərbi prokurorunun sözlərinə görə, axtarış davam edir.

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili də bu haqda özünün Feysbuk səhifəsində yazıb. Qubernator bildirib ki, hərbi komissar səfərbərlikdən yayınanlardan 1700 dollar rüşvət alırmış:

"Bizim uşaqlarımız vuruşurlar, qan axıdırlar, ölkədə ədəbli insanlar orduda işləyirlər. Ancaq bəziləri ölkəni, vicdanlarını satırlar”, - Saakaşvili qeyd edib.

Saakaşvili Prokurorluğu korrupsiyaya qarşı mübarizə aparmağa çağırıb: “Rüşvətxor məmurlar insanların yaşamasına problem yaradırlar. Onlar yerindəcə cəzalandırılmalıdır”.
490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31