Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Sabiq FİFA rəsmisi rüşvət aldığını etiraf etdi

FİFA-nın sabiq İcraiyyə Komitəsinin üzvü Çak Bleyzer rüşvət aldığını etiraf edib.

Sky Sports-un verdiyi xəbərə görə, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının keçirildiyi ölkə seçilərkən digər FİFA üzvləri ilə birlikdə Cənubi Afrika Respublikasından rüşvət aldığını bildirib.

70 yaşlı ABŞ vətəndaşı Çak Bleyzer 1996-2013-cü illərdə Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) İcraiyyə Komitəsinin üzvü olub.

Qeyd edək ki, bundan əvvəl İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. İyunun 3-də isə qurumun rəhbəri Yozef Blatter FİFA-nın növbəti fövqəladə konqresində təşkilatın prezidenti postundan istefa verəcəyini bəyan edib./apa/
641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41