Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Şabran şəhərində 70 məscid olub

Azərbaycanın şimalında arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim Şabran şəhəri haqda nə dərəcədə məlumatlıyıq.

Qədim Şabran şəhəri ərazisində ilk dəfə arxeoloji qazıntılar SSRİ vaxtında, yəni 1935-1939-cu illərdə rus səyyahı Poxomov tərəfindən aparılıb.

Azərbaycan alimlərindən isə 1980-ci illərdə tarixçi alim Rəşid Göyüşov buranı tədqiq edib. Ümumilikdə bir neçə hektar sahəni, qədim Şabran limanından Xəzər dənizinədək olan sahəni əhatə edən bu qədim şəhərin indiyədək cəmi 1 hektarında tədqiqat işləri aparılb. Əsası V əsrdə qoyulan şəhərin indiyə qədər 9 bürcü olan qala və sənətkarlıq məhəllələri ortaya çıxarılıb.

“Şabran öz ipəyi, taxılı və düyüsü ilə də məşhurdur. Şabranda sənətkarlığın dulusçuluq, metal işləmə, şüşə istehsalı ilə məşğul olublar. Qızılın əyarlığını müəyyən edən məhək daşı məhz Şabranda çıxarılmışdır”, – deyə qoruğun elmi işçisi Şirəli Şirəliyev bildirib.

Qoruğun elmi işçisinin məlumatına görə, qədim Şabran şəhəri barədə türk səyyahları da 19-cu əsrdə öz sözlərini deyib.

“Türk səyyahı Övliya Çələbinin yazdığına görə, Şabranda qədim bir yaşayış məntəqəsi də olub. Bu şəhərin 70 məscidi, 70 məhəlləsi olub. Mərmərlə bəzədilmiş məscidlər arasında Uzun Həsən, Toxmaq xan məscidlərini göstərmək olar”, – deyə Şirəli Şirəliyev qeyd edib.

“1983-cü ildə ulu öndərimiz qoruğun ərazısində aparılan qazıntı işlərilə tanış olmuşdur. 2003-cü ildə bura onun sərəncamı ilə qoruq elan edilmişdir” – deyə Şabran icra hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev vurğulayıb.

Bu qədim şəhər onu ziyarət edəcək hər bir turistə öz tarixini danışmağa hazırdı. Tarixçilər və arxeoloqlarsa bu günlərdə burada qədim Şabranın 5 min illik tarixi olması barədə elmi müzakirələrə başlayıblar./ans/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı