Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

“F.Mustafa deyir ki, təriqətlərin əleyhinədir, amma təriqətçilik edir”

Kiminsə hansısa təriqətə aid olaraq hər-hansı ayini yerinə yetirməsi digərlərinin hisslərinə və hüquqlarına toxunmursa, o qəbul edilən olmalıdır

"Kimsə sinə döyürsə və digərlərinə sinə döymədiyi üçün zor tətbiq etmirsə, bu onun hüququdur. Kiminsə bu ayinə görə onu təhqir etməsi və onu geridəqalan hesab etməsi qəbuledilməzdir. Odur ki, F. Mustafanın kimlərisə nurçuluğu tənqid etməsinə görə təhqir etməsi qətiyyən yolverilməzdir Fazil Mustafanın cəfərilərin məhərrəmlik ayinlərinə dözümsüzlüyü mediada gündəmi məşğul edib. Əslində, bundan qabaq da bu mövzulara baş vuranlar var idi. Lakin həssas vaxt hesab edilən bu son anlarda Fazil Mustafa və onun kimilərin radikal şəkildə ölkədə tolerant atmosferi pozmağa cəhd etməsi siyasilər tərəfindən birmənalı dəyərləndirilmir.

“Bütün bunlar xarici ölkələrin siyasi sifarişi ilə ola bilərmi?” sualı ilə birlik.az saytı politoloq Mayis Güləliyevdən münasibət öyrənib:
“F. Mustafanın bu açıqlaması onun fəaliyyətinin mahiyyətindən irəli gəlir. Hələ o, Xalq Cəbhəsi partiyasında olanda türkçülüklə bağlı xeyli məqalə yazmışdı. Onun fəaliyyətinin mahiyyətini anlamaq üçün bu məqalələrin tezislərini XIX əsrin axırı – XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatındakı tendensiyalarla, sonra isə sovet dönəminin ilk onilliyindəki ədəbi nümunələrlə müqayisə etmək lazımdır. Onun strategiyası çox uzağa hesablanıb. Yəni Axundov, Mirzə Cəlil və digərləri hansı məqsədləri qarşıya qoymuşdularsa, F. Mustafa da o məqsədləri qarşısına qoyub. Fərq yalnız bundan ibarətdir ki, adlarını sadaladığım ədiblər öz məqsədlərini Rusiya imperiyasının Cənubi Qafqaz siyasəti ilə uyğunlaşdırmağa cəhd edirdilər, F. Mustafa isə öz fəaliyyətini Türkiyənin və Amerikanın Cənubi Qafqaz siyasəti ilə uyğunlaşdırır. O da adlarını çəkdiyim ədiblər kimi qətiyyən din təəssübü çəkmir. Əsl xristian, əsl iudey, əsl müsəlman, əsl buddist və sair heç vaxt digər insanlara ikrahla baxmaz. Bu tip siyasilər üçün isə din yalnız vasitədir. Məsələn, o deyir ki, təriqətlərin əleyhinədir, amma açıq-aşkar təriqətçilik edir. Kiminsə hansısa təriqətə aid olaraq hər-hansı ayini yerinə yetirməsi digərlərinin hisslərinə və hüquqlarına toxunmursa, o qəbul edilən olmalıdır. Kimsə sinə döyürsə və digərlərinə sinə döymədiyi üçün zor tətbiq etmirsə, bu onun hüququdur. Kiminsə bu ayinə görə onu təhqir etməsi və onu geridəqalan hesab etməsi qəbuledilməzdir. Odur ki, F. Mustafanın kimlərisə nurçuluğu tənqid etməsinə görə təhqir etməsi qətiyyən yolverilməzdir. Mən sizin də (Vüsal Hətəmovun.red) yazılarınızda bəzən Mirzə Fətəliyə və ya Sabirə yüksək qiymət vermənizi hiss etmişəm. Amma bu gün F. Mustafanın siyasi gedişləri və ya Seymur Baycanın yazıları öz mahiyyəti və hədəfi nöqteyi-nəzərindən onlarla tamamilə üst-üstə düşür. Hər iki düşərgənin bir məqsədi var. Bu da ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini öz kökündən qoparmaq. Kökündən qoparılmış ən nəhəng ağac belə çox tez çürüyür və ovulur. Azərbaycan cəmiyyətinin də kökü bütün irandilli xalqlara aid olan ortaq mədəniyyətlə və inancla bağlıdır. İki yüz ildə Rusiya imperiyası , 70 ildə Sovet ideologiyası bu kökü məhv edə bilmədi. İndi bu sahədə qondarma ideologiyalar canfəşanlıq edir. Amma bunu etməyə çalışanlar bilsin ki, əgər Azərbaycan cəmiyyəti öz kökündən ayrılsa, o çox asanlıqla digər ideologiyalar içərisində əriyəcək və Azərbaycan adlı xalq olmayacaq. Azərbaycan xalqı digər türkdilli xalqlardan onunla fərqlənir ki, onun mənəvi dəyərində ən geniş mənada İran mədəniyyəti var. Əks- halda bu türklər də "azərbaycanlı" olmazdılar. Qaqauz olardılar, kalmık olardılar, özbək olardılar və sair. Bu gün bütün bunları etiraf etmək çox çətin olub. Çünki bunu deyənlər təqib olunur. F. Mustafanın dediyi məktəbləri açmaq hamıya icazə verilmir. Yeni F. Mustafa, əslində, Cənubi Qafqazda 200 ildən çox bir müddətdə həyata keçirilən siyasəti yerinə yetirən geniş bir qrupun tərkib hissəsidir. F. Mustafa qəsdən təbliğ olunur. Onun diskussiyaya elə adamları dəvət edirlər ki, o asanlıqla onlara qalib gəlsin. Onun məntiqinin qarşısına çıxan olmasın. Beləliklə, onu qəsdən şişirdirlər.”/birlik.az/
1830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber