Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

PKK terrorçuları Çaldıranda 4 qız şagirdi qaçırdı

Türkiyə Van vilayətinin Çaldıran rayonunda litsey şagirdi olan 4 qız PKK terrorçuları tərəfindən qaçırılıb.

Məktəbə aid yataqxanada qalan həmin qızların mayın 27-dən itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Hazırda polis PKK terrorçuları tərəfindən qaçırıldığı güman olunan yaşları 16-17 arasında olan 4 qızın tapılması üçün əməliyyatlara davam edir.

Bundan əvvəl isə PKK terrorçularının Çaldıranda 3 nəfəri aldadaraq özlərinə aid düşərgəyə aparmaları barədə məlumat yayılmışdı. Həmin şəxslərin isə mayın 12-dən itkin düşdüyü bildirilir./ans/
660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP