Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Etirazçılar şəhəri mühasirəyə alır - Ukraynada

Marinka və Krasnoqorovka şəhərlərinin tutulması etirazçılara Peskax, Avdeyevka və Karlovkanı mühasirəyə almağa imkan verəcək.

Bu barədə Feysbuk səhifəsində Sağ sektor təşkilatının komandir müavini Valentina Manko bildirib.

“Marinka ərazisində ağır silahların tətbiqi ilə hücumdan sonra dəqiq deyə bilərəm ki, etirazçılar tərəfindən növbəti hücum və mühasirə hazırlanır. Onlar utanmadan ağır silahlardan, o cümlədən reaktiv artilleriyadan istifadə edirlər”, - xəbərdə deyilir.

Kəşfiyyat məlumatlarına istinadən Manko qeyd edib ki, separatçılar Marinka, həmçinin Peskax və Krasnoqorovkanın ətrafına “Buratino”, “Qrad” və “Smerç” olmaqla böyük miqdarda ağır silahlar və canlı qüvvə toplayırlar.

Xatırladaq ki, iyunun 3-də separatçılar Ukrayna ordusunun mövqelərinə hücum ediblər. Ən güclü zərbə isə Marinka və Krasnoqorovka yaşayış məntəqələrinə endirilib. Etirazçılar Marinkanı ələ keçirdiyini bəyan etsələr də, bu informasiya Ukrayna təkzib edib./axar/
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber