Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

İraqın əl-Ənbar vilayətində yüzlərlə terrorist məhv edilib!

Nur-az.com shia-news.com-a istinadən:
İraqın hərbi hava qüvvələri əl-Rəmadinin 350 km-liyində yerləşən əl-Qaim məntəqəsində həyata keçirdiyi böyük əməliyyat nəticəsində İŞİD-in hərbi nəqliyyat karvanı şiddətli zərbəyə məruz qalaraq yüzlərlə itki verib. Bu nəqliyyat vasitələrinin Suriyadan əl-Ənbar vilayətinə göndərildiyi haqda məlumat verilir.
İlkin məlumata əsasən, 300 nəfər terrorist ünsür, 40 ədəd nəqliyyat vasitəsi məhv və İŞİD-in əl-Ənbarın qərbində yerləşən bir sıra hərbi təlim düşərgələri də, darmadağın edilib. Bu əməliyyatın İraqın hava qüvvələrinin tarixində misli görünmədiyi və İŞİD-in isə şok vəziyyətinə düşdüyü bildirilir.
Son xəbərlərə görə, demək olar, İŞİD hər gün İraqın hava və quru qoşunları tərəfindən zərbəyə məruz qalır.
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
23.03.17, 11:22