Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Kadırov Qroznıdakı hücumla bağlı vəd verdi

Qroznıda işgəncələrə qarşı komitənin ofisinə edilmiş hücumdan sonra 40 nəfər saxlanıb. Bu barədə Çeçenistanın istintaq kommitəsindən məlumat verilib.

Bu gün ofisin qarşısına aprelin 19-da Cambulat Dadaevin Stavropol polisi tərəfindən öldürülməsinə etiraz olaraq mitinq keçirilib.
Aksiyaçılar hüquq müdafiəçilərinə qarşı tənqidi şüarlar səsləndirib, bundan sonra isə maskalı adamlar hücum edərək ofisi dağıdıblar. Polis hücum edənlərin qarşısını almayıb və ofisin əməkdaşları pəncərədən çıxaraq uzaqlaşıblar.
Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, hücumu çox güman Dadaevin qohumları törədib. O insidentlə bağlı istintaq aparıldığını və qanun çərçivəsində tədbir görüləcəyini vəd edib.
Bu ilin dekabrında da komitənin Qroznıdakı ofisi yandırılmış, 2 əməkdaşı isə polis tərəfindən saxlanmışdı.
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pakistan s