Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Arif Məmmədov "diplomatik xəyanət" ittihamına cavab verdi

"Ölkənin xarici siyasət idarəsini xəyanətdə ittiham etmək yalnız qeyri-sağlam psixikaya malik adamın ağlına gələ bilərdi"

İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin (Azərbaycan tərəfdən) hazırkı rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədov "diplomatik xəyanət"lə bağlı ünvanına səslənən ittihamlara cavab verib. Səfirin cavabı onun "facebook" səhifəsində yayılıb. Arif Məmmədov yazır:

"Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm"

Əziz dostlar!
Prezidentin son günlər dediklərini təkrarladığım üçün "haqqin.az" saytında ünvanıma axıdılan böyük çirkab seli məni hədsiz təəccübləndirib və hiddətləndirib. Xoşbəxtlikdən Azərbaycanın peşəkar jurnalistləri və bir çox başqaları məni kifayət qədər yaxşı tanıyır və Azərbaycan dövlətçiliyinə, xalqıma sədaqətli olduğumu bilir. İyirmi il ərzində müxtəlif beynəlxalq təşkilatlarda ölkəmin maraqlarını müdafiə etmişəm. Fəxr edirəm ki, bu işin öhdəsindən pis gəlməmişəm. Bu barədə bizim bütün diplomatlar, jurnalistlər və sadə adamlar yaxşı bilir. Təəssüf edirəm ki, mənim profilimi bəyəndiyinə görə ("facebook" profili nəzərdə tutulur-red.) bir çox peşəkar diplomatlar da çirkab və təhqir dalğasına məruz qalıb. Həm də ona görə təəssüflənirəm ki, bütün bunları Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklər də oxuyur. Ölkənin xarici siyasət idarəsini xəyanətdə ittiham etmək yalnız qeyri-sağlam psixikaya malik adamın ağlına gələ bilərdi. Kimsə bu böhtanın ölkənin imicinə, Qarabağla bağlı danışıqlar prosesinə və digər məsələlərə təsiri barədə heç düşünübmü?
"Dostları" məyus edərək bildirmək istəyirəm ki, mən təmizqanlı azərbaycanlıyam. Mənim başqa qanla qarışığım yoxdur. Bu gün istənilən dürüst adamı "ermənidir" möhürü ilə damğalamaq dəbdədir. Bu saxtakarlığı hazırlayan "dərin düşüncəlilər" başqa nə fikirləşə bilərdi?
Mən Azərbaycanın səfiri kimi, Avropa Şurasının nümayəndə heyətilə birlikdə istintaq təcridxanasında Eynulla Fətullayevlə görüşmüşdüm. Onun gözləri çox kədərli idi və sırf insani baxımdan onun halına acıdım. Mən ondan incimirəm. Qoy onun əməlinə Allah özü qiymət versin. O, sadəcə, çirkin sifarişin icraçısıdır. Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm. Ümid edirəm ki, nə vaxtsa öz səhvlərini başa düşəcəklər və onları da bağışlaya biləcəm.
Mənəvi dəstəyə görə hamıya çox təşəkkür edirəm.
Bütün yazılanlardan sonra özünüz nəticə çıxarın ki, kim xəyanətkardır, kim vətənpərvərdir.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi