Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Ömürü uzadan giləmeyvə

Şərqdə bu giləmeyvə hələ qədim vaxtlardan çox məşhurdur. Şərqdə tutu "şah giləmeyvəsi", "ömür uzadan giləmeyvə" adlandırırdılar.

Hələ qədimdə bu giləmeyvə, onun yarpaqları, kökləri və ağacının qabığı müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Məşhur Avisenna bu giləmeyvəni yaşlı insanlar üçün xüsusilə xeyirli hesab edirdi.

Tut bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Tutun tərkibində müxtəlif orqanik turşular, fruktoza, qlükoza, efir yağları, A,C, K, B qrupu vitaminləri, fol turşusu, beta-karotin, fosfor, kalium, maqnezium, kalsium, dəmir, sink var.

Belə zəngin tərkib tutu insanın bir çox orqan və sistemləri üçün xeyirli edir.

Kalium, maqnezium və dəmir ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu səbəbdən tut ürək-damar sisteminə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

Qara tut qanın tərkibinə də çox müsbət təsir edir, orqanizmin qanyaradan funksiyasını gücləndirir. Anemiyalardan (qanazlığı) əziyyət çəkən insanlar bu giləmeyvəyə mütləq fikir verməlidir.

Sübut olunub ki, tut (həm qara, həm ağ) orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.

Tutun şirəsi çox faydalı məhsuldur. İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı tutun şirəsi xəstənin vəziyyətini yaxşılaşdırır, sağalmanı sürətləndirir.

Tut yumşaq sidikqovucu təsirə malikdir. İltihabəleyhinə təsiri ilə birlikdə bu tutu böyrək, sidik kisəsi və sidik yolları ilstihabları zamanı çox xeyirli edir.

Həmçinin tut (həm qara, həm ağ) qəbizlik zamanı da çox yaxşı kömək edir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, gücləndirir, bağırsaqları yaxşı təmizləyir.

Tut sinir sistemi üçün də xeyirlidir - sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, baş ağrılarını azaldır. Əqli fəaliyyəti ilə məşğul olan insanlara tut xüsusilə xeyirlidir - tut beyinin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.

Tutun yarpaqları da çox güclü müalicəvi xüsusiyyətlərə malikdir. Tutun yarpaqlarının dəmləməsi bronxit və ağ ciyər iltihabları zamanı çox xeyirlidir - iltihabı azaldır, bəlğəmgətirici təsir edir.

Şəkərli diabet xəstələrinə də belə dəmləmə xeyir gətirər - dəmləmə qanda şəkərin səviyyəsini aşağı salır. Həmçinin tutun yarpaqlarının dəmləməsi ödemləri azaldır, arterial təzyiqi tənzimləməyə kömək edir, baş ağrılarını azaldır.

Nəzərinizə çatdıraq ki, tut allergik reaksiyalara səbəb ola bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlar bu giləmeyvəni yeməməlidir (tərkibində çoxlu miqdrda qlükoza və fruktoza var). Həmçinin bu giləmeyvədən süi-istifadə mədə və bağırsaq problemlərinə (ishal, köp və s) səbəb ola bilər. Gün ərzində 200-300 qr tut yemək kifayətdir./sağlamolun/

800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber