Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Səud sülaləsi içəridən dağılır

Səudiyyə şəhzadəsi üsyana çağıraraq kral Salmanın devrilməsini tələb etdi

Səudiyyə şəhzadəsi Səud bin Seyf Nasr kral Salmanın yaşlanmasını xatırladaraq belə deyib: Əmim qocalması səbəbindən ağlını itirib və səfehdir. Bunun üçün Səud sülaləsi onun yerinə uyğun olan birini təyin etməlidir.

ABNA-nın verdiyi xəbərə görə, Səudiyyə şəhzadəsi Səud bin Seyf Nasr twitter vasitəsilə paylaşdığı məlumatda, kralın zəifliyindən onun yaxın çevrəsinin sui-istifadə etdiyini bildirib.

“Kralın oğlu şahzadə Məhəmməd bin Salmanın və vəliəhd şahzadə Məhəmməd bin Naefin onun zəifliyindən sui-istifadə edir və onu şəxsi maraqları istiqamətində istifadə edirlər. Ölkənin gələcəyini isə heç kim düşünmür. Bu bir həqiqətdir və hər kəs bunu görməlidir. Kral mövcud fiziki və psixoloji vəziyyəti ilə əlaqədar qərar verə bilmək iqtidarında deyil. Sülaləyə mənsub olan fürsətçilər məhz onun bu vəziyyətdən öz maraqları istiqamətində istifadə edirlər. Səud sülaləsi bu vəziyyətə son verməlidir”.

Şahzadə Səud bin Seyf Nasr sözlərini bu cür davam etdirib: “Təəssüf ki, hakimiyyətdəki sülalə məsuliyyətsiz hərəkət edir və digər şahzadələrin ikiüzlülüyünə göz yumur. Bu da ölkənin gələcəyini ciddi mənada təhlükəyə atan bir vəziyyətdir. Saraydakı vəziyyətlər heç də ürəkaçan deyil və mən bu gedişata daha dözə bilməyəcəyəm. Şahzadələrin bu cür mənfi gedişata etiraz etmələrini gözləyirəm. Əgər heç kimdən bir səs çıxmasa, onda şəxsən özüm hərəkətə keçəcəyəm. Çünki bu dini və milli bir məsələdir. Bu vəziyyət qarşısında səssiz qalmaq isə günah sayılır”./deyerler/
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber