Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

İran XİN-in başçısı Moskvada səfərdədir

İranın xarici işlər naziri Məhəmməd Zərif Moskvaya gəlib

RİA Novosti agentliyinin verdiyi məlumata görə, iyunun 4-də M.Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Bundan əvvəl S.Lavrov bildirmişdi ki, görüşdə Tehranın nüvə proqramı danışıqlarının vəziyyəti müzakirə ediləcək.

İran XİN başçısı Rusiyanın paytaxtına böyük nümayəndə heyətinin tərkibində gəlib. Iyunun 4-də Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində Rusiya-İran-Çin üçtərəfli görüşü də baş tutacaq.
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber