Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Almaniyanın eks-kansleri: “Putin təhqir edilib...”

Almaniyanın sabiq kansleri Helmut Şmidt hesab edir ki, Vladimir Putinsiz “Böyük yeddilər”in Almaniyada keçiriləcək sammitini qeyri-rasional olacaq. Musavat.com-un məlumatına görə, bu barədə “Bild” nəşrinə danışan 96 yaşlı siyasətçiyə görə, əgər dəvət lazımi qaydada göndərilsəydi, Putin onu qəbul edərdi.

“Mən indi aydınca görürəm ki, Putin Qərbin onu kifayət qədər ciddi qəbul etməməsinə görə özünü təhqir olunmuş sayır” - deyib sabiq kansler.

Siyasətçi Qərblə Rusiya arasında indiki qarşıdurmanın müharibəyə çevriləcəyini istisna edib. “Düşünürəm ki, nə Putin, nə də Obama müharibə istəyir. Nəinki Krım, bütövlükdə Ukrayna ABŞ və Rusiya arasında müharibə üçün səbəb ola bilməz. Qərblə Rusiya bundan sonra da ağır danışıqlar aparacaq. Və mümkündür ki, bu danışıqlar illərlə nəticəsiz olsun” - əlavə edib Helmut Şmidt.
612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14